Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq Hayfa “Makkabi”si daha bir yoldaşlıq oyunu keçirib.

Futbolinfo.az xəbər verir ki, Barak Bakar yetirmələrini İspaniya toplanışında növbəti dəfə Andorra təmsilçisi önündə sınayıb.

Dörd gün əvvəl “İnter Eskaldes”i 3:1 hesabı ilə məğlub edən israillilər bu dəfə “Atletik”ə eyni hesabla qalib gəlib. “Makkabi”nin qollarına birinci hissədə Frantzdi Pyerrot, Pyerr Kornud və Din David imza atıblar.

Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk oyununu iyulun 25-də səfərdə, cavab görüşünü isə avqustun 1-də evdə keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp