“Zirə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Şerif”in heyətlə bağlı dəyişiklikləri davam edir.

Futbolinfo.az xəbər verir ki, Toraspol klubu daha bir oyunçu ilə yollarını ayırıb.

Braziliyalı müdafiəçi Rodriqo dos Santos de Freytas Portuqaliyanın II Liqa komandası “Mafra”ya keçib. Portuqaliya klubu rəsmi saytı vasitəsilə bu transferi açıqlayıb. 26 yaşlı Freytas “Şerif”ə bu ilin əvvəlində Braziliyanın “Şapekoense” klubundan keçmişdi.

Qeyd edək ki, “Zirə” və “Şerif” arasında ilk oyun iyulun 11-də “Şerif” İdman Kompleksində, cavab görüşü isə bir həftə sonra “Liv Bona Dea Arena”da keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp