Sentyabrda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib.

Futbolinfo.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, kişi şahmatçılardan ibarət yığmaya Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı dəvət olunublar. Kapitan kimi Teymur Rəcəbov seçilib.
Qadın şahmatçılardan ibarət millidə isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Kapitan Mixail Şerevski olacaq.

Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək davam edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp