Yeni mövsümə hazırlaşan “Kəpəz” heyətində təmizləmə işlərini davam etdirir.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gəncəlilər daha 2 oyunçu ilə yollarını ayırıb.

Bunlar müdafiəçi Rüfət Əhmədov və yarımmüdafiəçi Latir Faldır. Hər iki futbolçu ilə başa çatan müqavilənin yenilənməməsi qərara alınıb.

Bununla “Kəpəz”in yay fasiləsində yola saldığı oyunçu sayı 10-a çatıb. Daha əvvəl Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Junior Martins, Mate Kvirkviya, Adama Niane, Vüsal Məsimov və Elçin Əlicanov Gəncə təmsilçisi ilə sağollaşmışdılar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp