“Qarabağ” Kadi Borqesi qaytarmağa hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, bu barədə Rusiyanın “RB Sport” nəşri məlumat yayıb.
Azərbaycan çempionu 28 yaşlı hücumameyilli oyunçu üçün bir müddət əvvəl klubu “Krasnodar”a rəsmi təklif göndərib. Mənbənin iddiasına görə, futbolçu keçidə razılıq verib, indi yalnız “Krasnodar”la ortaq məxrəcə gəlmək qalıb. Bunun da yaxın günlərdə həllini tapması gözlənilir.
Qeyd edək ki, “Krasnodar”a ötən ilin əvvəlində “Qarabağ”dan keçən Kadi Borqesin rusiyalılarla müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.