“Zirə” çox yaxşı komandadır, amma biz yalnız qələbə haqqında düşünürük”. Bunu futbolinfo.az-a açıqlamasında “Şerif”in yeni transferi Əyyub Allaş deyib.

Ötən mövsümü “Qəbələ”də keçirən yarımmüdafiəçi Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”yə qarşı oynayacaqları matçlardan danışıb: “Hər iki oyunda diqqətli olmalı və qalib gəlməliyik. Turu necə keçə bilərik? Düşünürəm ki, yeni mövsümün başlanğıcında maksimum gücümüzlə oynamalıyıq. Məşqçinin tapşırıqlarına qulaq asmaq və onları yerinə yetirmək lazımdır. Meydançada istədiklərimizi etməliyik”.

“Zirə”ni yaxşı tanıyırsız, “Şerif”in məşqçilərinə komanda haqqında hansısa məlumatları verdiniz” sualına isə Allaş bu cür cavab verib: “Bəli, mən “Zirə”ni çox yaxşı tanıyıram. Amma hörmət əlaməti olaraq sualınıza cavab vermək istəmirəm”.

Qeyd edək ki, “Zirə” və “Şerif” arasında ilk oyun iyulun 11-də Moldovada, cavab qarşılaşması isə iyulun 18-də Bakıda baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp