Təlim-məşq toplanışı üçün Qəbələyə gələcək Küveyt klublarından “Əl Naser”dən başqalarının adları dəqiqləşməsə də, onların yoldaşlıq görüşü keçirəcəyi klublar bəllidir.

Futbolinfo.az-ın məlumatına görə, ölkəmizdə hazırlıq keçəcək komandaların “Kəpəz”, “Şamaxı”, “Qəbələ” və “İmişli” ilə yoxlama matçları nəzərdə tutulub. Amma bu qarşılaşmaların tarixləri bəlli deyil. Küveyt klublarının adları açıqlanandan sonra həm görüşlərin tarixləri, həm də rəqiblər bəlli olacaq.

Küveyt təmsilçilərinin “Səbail”lə də yoldaşlıq görüşü nəzərdə tutulub. Lakin bu matçların baş tutmamaq ehtimalı var. Buna səbəb isə Bayıl təmsilçisinin ev oyunlarını keçirdiyi “ASCO Arena”nın ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır. Əgər həmin oyunların başqa stadionda oynanılması təşkil olunsa, qonaqlar “Səbail”lə də qarşılaşacaqlar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp