I Liqa klublarından “Karvan” yeni mövsümün hazırlığına start verib. Dünən Yevlax şəhər stadionunun yardımçı meydanında ilk məşq baş tutub.
Futbolinfo.az xəbər verir ki, ilk məşq prosesinə 18 futbolçu qatılıb.
Hazırlıq dövrü bir neçə mərhələdən ibarət olacaq. Futbolçular fiziki və texniki-taktiki məşqlər keçəcək. Yevlax təmsilçisi toplanış çərçivəsində yoxlama oyunlarında qüvvəsini sınamağı da planlayıb.