Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq Hayfa “Makkabi”si ilk əcnəbi transferinə hazırlaşır.

Futbolinfo.az İsrail mətbuatına istinadən xəbər verir ki, klub Kiyev “Dinamo”sunun mərkəz müdafiəçisi Aleksandr Sirotanın keçidinə çalışır.

24 yaşlı oyunçu ilə danışıqlar artıq yekunlaşmaq üzrədir. Ukrayna təmsilçisi ilə də razılıq əldə olunarsa, yaxın günlərdə transfer reallaşacaq.

“Makkabi” əslən İsraildən olan Sirotanı yerli oyunçu kimi qeydiyyatdan keçirmək niyyətindədir. Ukrayna millisində 2 oyun keçirmiş futbolçunun transferi reallaşdıqdan sonra vətəndaşlıqla bağlı rəsmi müraciət olunacaq. Onun “Sabah”la matça qədər heyətə cəlb olunması gözlənilir.

Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk oyununu iyulun 25-də səfərdə, cavab görüşünü isə avqustun 1-də evdə keçirəcək.

Shares: