Rusiyanın gənclər millisinin sabiq futbolçusu Leon Klassen yenidən “Neftçi”nin maraq dairəsinə düşüb.
Futbolinfo.az “Legalbet” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı sol cinah müdafiəçisi Azərbaycan klubundan təklif alıb.
Bu ayın əvvəlində Moskva “Spartak”ı ilə yeni müqavilə imzalamayan və hazırda azad agent statusu daşıyan Klassen “Neftçi”dən növbəti dəfə təklif alıb. Lakin futbolçunun meneceri digər variantları da nəzərdən keçirmək üçün danışığa fasilə verməyi məqsədəuyğun bilib. Bundan sonra isə “ağ-qaralar” oyunçudan imtina edib.
Klassen hələ ötən il də “Neftçi”nin maraq dairəsində olub. Lakin həmin vaxt tərəflər ortaq məxrəcə gələ bilməmişdilər.
Qeyd edək ki, “Köln”ün yetirməsi olan Leon Klassen 2022-ci ilin əvvəlindən indiyə qədər “Spartak”da çıxış edib.