“Mançester Yunayted” iki futbolçusu lə vidalaşmaq niyyətindədir. Son mövsümü icarədə keçirən Meyson Qrinvud və Sofyan Amrabatın heç biri “qırmızı şeytanlar”ın düşərgəsinə qayıtmayacaq.
Futbolinfo.az xəbər verir ki, “Xetafe”də əla mövsüm keçirən Meyson Qrinvuda əsas müştəri Fransadandır. Marsel “Olimpik”i futbolçunu birdəfəlik transfer etmək istəyir. Amma şərtlər fərqli olarsa, icarə variantı da mümkündür. Hazırda əsas müzakirələr oyunçu ilə şəxsi müqavilənin razılaşdırılması ilə bağlı gedir. Yüksək maaş tələb edən Qrinvudla razılıq əldə edilsə, müqavilə ilə məxsus olduğu klubuyla danışıqlar start götürəcək.
Amrabat isə əla mövsüm keçirdiyi İtaliyada qalmaq istəyir. “Fiorentna” mərakeşli yarımmüdafiəçini yenidən icarəyə götürməyə, şərtlər uyğun olarsa, birdəfəlik almağa çalışacaq.