Milli Basketbol Assosiasiyasında çıxış edən xorvatiyalı basketbolçular – İvitsa Zubaç və Dario Şariç Yunanıstanda barda münaqişə yaradıblar. “Los Anceles Klippers” və “Denver Nuggets” komandasının üzvləri qonaqlar və mühafizə işçiləri ilə dava salıblar.

Xorvatiya yığması Olimpiya seçmə turnirinin final oyununda Pireydə Yunanıstana uduzduqdan bir neçə saat sonra Zubaçla Şariç Afina yaxınlığındakı gecə barına yollanıblar.

Yerli vaxtla səhər saat 5:30-da “Bolivar Beach Bar”ında çəkilmiş videoda Zubaçın kiminləsə dava etdiyi və mühafizə nümayəndəsinin onu arxadan tutmağa çalışdığı görünür.

Shares: