Fransa hava limanının işçiləri Olimpiadanın başlamasına 9 gün qalmış tətilə çağırılıblar.

Həmkarlar ittifaqı qurumları iyulun 17-ni tətilin başlanğıcı elan edib. Hava limanının işçiləri “Olimpiya mükafatı” tələb edir. Eyni zamanda onlar icra başçısının yalnız bəzi işçilərə mükafatların verilməsi ilə bağlı birtərəfli qərarına qarşıdırlar.

Şarl de Qoll və Paris-Orli hava limanlarını idarə edən dövlətə məxsus “Groupe ADP”-nin həmkarlar ittifaqı bir neçə gün əvvəl mayın 19-da tətilə çıxmışdılar. Həmin vaxt hava limanının fəaliyyətində ciddi fasilələr olmamışdı.

İyulun 18-dən, Olimpiya kəndinin açılışı günü, minlərlə idmançı Parisə gəlməyə başlayacaq və Şarl de Qollda idmançıların baqajları üçün müvəqqəti terminal açılacaq.

Olimpiya Oyunları zamanı Paris hava limanlarından gündə 350 minə qədər insan keçəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp