Argentinada Fransa millisinin iki reqbiçisi cinsi zorakılıq şübhəsi ilə saxlanılıb. Müvafiq məlumatı “Frans Press” agentliyi Argentinanın Mendoza əyalətinin məhkəməsinin rəsmisi Martin Aumandaya istinadən yayıb.

Mənbənin sözlərinə görə, cinayət iyulun 6-dan 7-nə keçən gecə futbolçuların yaşadıqları Mendoza bölgəsindəki otellərdən birində baş verib. Şübhəlilərin dərhal tutulmasına qərar verilib.

Reqbi üzrə Fransa millisi iyulun 6-dan 13-dək Cənubi Amerika turuna çıxıb. Turne zamanı Fransa yığması argentinalıları (28:13) məğlub etməyi bacarıb. Bu gün isə komandanın Montevideoda uruqvaylılarla qarşılaşması var. Argentina yığması ilə ikinci görüş iyulun 13-nə planlaşdırılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp