“Yuventus” “Nitsa”nın futbolçusu Kefren Türamı transfer edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq. Müqavilənin müddəti 5 illik olacaq.

Qeyd edək ki, Turam ötən mövsüm “Nitsa”da meydana çıxdığı 29 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.

Xatırladaq ki, Kefren “Yuventus”un və Fransa millisinin sabiq üzvü – dünya və Avropa çempionu Lilian Türamın oğludur. Onun qardaşı Markus Türam isə “İnter”də çıxış edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp