İtaliya millisinin müdafiəçisi Leonardo Spinatsola “Napoli” klubuna keçib.

Futbolinfo.az xəbər verir ki, bu barədə onun agenti Davide Lippi açıqlama verib.

Tərəflər müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayıblar.

Spinatsolanın əvvəlki klubu 2019-cu ilin iyulundan çıxış etdiyi “Roma” olub. O, 2023/24 mövsümündə romalıların heyətində bütün yarışlarda 36 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, futbolçu müqavilə müddəti başa çatdığı üçün “Roma”dan ayrılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp