“Fiorentina” rəsmi saytı vasitəsilə “Yuventus”un hücumçusu Moyze Kinin transferini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, “transfermarkt” portalının məlumatına görə, “Fiorentina” Kinin transferi üçün 13 milyon avro ödəyib. İtaliyalı hücumçu ilə 5 il müddətinə müqavilə bağlanıb.

Moyze Kin “Yuventus”un heyətində 123 rəsmi oyun keçirib, 22 qol vurub və üçün 3 məhsuldar ötürmə edib.

“Fiorentina” İtaliya çempionatının son mövsümünü 8-ci pillədə başa vurub. Komanda yeni mövsümdə İtaliyanı Konfrans Liqasında təmsil edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp