Bir neçə qitə nəhənginin uğrunda mübarizə apardığı Leni Yoro “Mançester Yunayted”ə qismət olacaq. “Lill” İngiltərə klubunun 50 milyon avroluq təklifini qəbul edib.

Futbolinfo.az xəbər verir ki, 18 yaşlı fransalının yetirməsi olduğu klubla 2025-ci iln yayınadək müqaviləsi var. O, özü Mançesterə yollanmaq istəmir. “Real” da oynamağı arzulayan futbolçu madridlilərin vəziyyəti dəyişəcəyinə ümid edir.

İspaniya nəhəngi isə məhz Yoronun istəyinə arxayındır. Madridlilərtezliklə ya 60 milyon avroluq təklif göndərəcək, ya da futbolçunun müqaviləsinin sonunadək “Lill”də qalacağına ümid edəcək. Belə olarsa, gələn yay onu azad agent kimi heyətə qatmaq daha rahat olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp