“Sumqayıt”ın Konftrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Macarıstanın “Fehervar” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az Sekeşfehervar təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “Zalaeqerseq”dən sağ cinah müdafiəçisi Andras Huszti icarəyə götürülüb.

“Sumqayıt”ın bu rəqiblə ilk matçı iyulun 25-də evdə, cavab qarşılaşması iyulun 31-də Macarıstanda baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp