“Real” David Alabadan bəd xəbər alıb. Uzun müddətdir zədə üzündən madridlilərə kömək edə bilməyən müdafiəçinin dönüşü bir qədər də yubanacaq.

Futbolinfo.az xəbər verir ki, Avstriya millisinin üzvünün zədəsini payızadək sağaldacağı deyilirdi. İndi isə həkimlər bu müddətin ilin sonunadək uzana biləcəyini söyləyib. Hətta David 2025-ci ilədək futbol oynamaya bilər.

İspaniya klubundan isə hər şeyin nəzarətdə olduğu bildrilib. “Real”ın tibbi personalı müalicə kursunun gözlənildiyi kimi davam etdiyini bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp