Erik ten Haq yeni mövsümlə bağlı ümidlidir. Niderlandlı mütəxəssis baş məşqçisi olduğu “Mançester Yunayted”də işlərin müsbətə doğru dəyişəcəyinə əmindir.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis nikbin danışıb: “Klubda əla ab-hava var. İntizam yüksək səviyyədədir və işbirliyimizlə gələcəyə tam hazırıq. Hamı enerjilidir və mövsümün startını səbrsizliklə gözləyir”.

Xatırladaq ki, son mövsümdə uğursuz çıxış edən mançesterlilər bunu ten Haqa bağışladı. Çoxsaylı tənqidlərə rəğmən, onunla yeni müqavilə bağlandı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp