Roberto de Zerbi Marsel “Olimpik”inə transferi gözlənilən Meyson Qrinvuddan danışıb. Fransa klubuna yenicə baş məşqçi təyin olunan italiyalı mütəxəssis ingiltərəli oyunçuya böyük ümid bəsləyir.

Futbolinfo.az xəbər verir ki, o, Qrinvudun keçmişdə üzləşdiyi problemlərlə maraqlanmır: “Myson dünya səviyyəsində istedadlı bir oyunçudur. Keçmişini bilmirəm, amma bizə xeyir verəcəyinə əminəm. İmza atdığı gün övladlarımızdan biri olacaq və davamını gətirəcəyik”.

Xatırladaq ki, Qrinvud zorakılıq suçlamaları üzündən bir müddət futboldan kənar qalmışdı. Bəraət aldıqdan sonra oyunçusunu “Xetafe”yə icarəyə verən “Mançester Yunayted”, onu heyətində saxlamaq istəmir. İndi də Meysonun Marselə göndərilməsi gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp