İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Milan təmsilçisi ispaniyalı qapıçısı Xosep Martinesi 5 il müddətinə sıralarına cəlb edib.

26 yaşlı qolkiper İtaliyanın digər komandası “Cenoa”dan 13,5 milyon avro qarşılığında transfer edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp