Milli Basketbol Assosiasiyasının “Boston Seltiks” komandasında çıxış edən 26 yaşlı Ceyson Teytum 10 nömrə ilə çıxış etməsinin səbəbini açıqlayıb.
“Dəfələrlə Kobi Brayantın mənim üçün nə qədər dəyərli olduğunu demişəm. Mən ondan ilham alıram. Ona görə də bu formanı təmsil etmək və 10 nömrəni geyinmək mənim üçün şərəfdir”, – deyə Teytum mətbuat konfransında bildirib.
Kobi Brayant, ABŞ komandasının heyətində beynəlxalq yarışlarda 10 nömrə ilə çıxış edib. Brayant iki dəfə Olimpiya qızılını qazanıb.
Xatırladaq ki, oyunlar iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək. Lebron Ceyms, Kevin Dürant, Stiven Körri, Joel Embiid, Ceyson Teytum, Devin Buker, Entoni Devis, Bam Adebayo, Entoni Edvards, Tayriz Halibörton, Kavay Leonard və Jru Holidey Olimpiadada ABŞ millisinin şərəfini qoruyacaqlar.