İspaniyanın “Atletiko” (Madrid) klubu futbolçusu ilə müqavilə müddətini uzadıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Karlos Martinlə 5 illik sözləşmə imzalayıb.

Ötən mövsümü icarə əsasında “Mirandes”də keçirən hücumçu “Atletiko” futbol akademiyasının yetirməsidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp