Tennis üzrə “Böyük dəbilqə” seriyasının üçüncü turnirində ilk yarımfinalçılar müəyyənləşib. “Uimbldon”da kişilərin yarışında 1/4 final mərhələsinin hər iki oyunu maraqlı alınıb.

Mərkəzi kortda keçirilən oyunda Yannik Sinnerlə Daniil Medvedev qarşılaşıb. Dünya reytinqinin 1 nömrəsi ilk setdə qalib gəlsə də, sonrakı iki setdə məğlub olub. 4-cü setdə hesabı bərabərləşdirən italyan tennisçi həlledici partiyada yenə də məğlub olub. Bununla da rusiyalı Medvedev finala yüksəlib – 6:7, 6:4, 7:6, 6:2, 6:3.

Medvedevin rəqibi Karlos Alkaras – Tommi Pol qarşılaşmasında məlum olub. İlk set amerikalı tennisçinin xeyrinə başa çatıb – 7:5. İkinci setdə Alkaras qalib gələrək tarazlığı bərpa edib. Üçüncü set də ispan tennisçinin xeyrinə başa çatıb. Növbəti setdə daha rahat qələbə qazanan Karlos yarımfinala adlayıb.

Beləliklə də, yarımfinalda Medvedevin rəqibi Alkaras olub. Digər iki ¼ final oyunu sabah keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp