İtaliya millisinin və “Milan”nın keçmiş müdafiəçisi Nestanın yeni iş yeri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis “Montsa”ya baş məşqçi təyin edilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nesta bu vəzifədə Rafaello Palladinonu əvəzləyib.

Nestanın son ş yeri İtaliyanın “Recciana” klubu olub. O, bu yay komandadan ayrılıb.

“Montsa” A Seriyasının başa çatan mövsümündə 45 xalla 12-ci yeri tutub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp