Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri 1-ci təsnifat mərhələsinin oyunu çərçivəsində üz-üzə gəlib.

Futbolinfo.az xəbər verir ki, “Hamrun” komandası Maltada Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 1:0.

Bu komandalar arasında cavab görüşü iyulun 16-da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp