Bu gün futbol üzrə Avropa çempionatında ikinci finalçının adına aydınlıq gələcək.

Futbolinfo.az xəbər verir ki, son oyun İngiltərə və Niderland yığmaları arasında baş tutacaq.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. 

Xatırladaq ki, İspaniya millisi ötən gecə Fransa yığması üzərində qazandığı əzmkar qələbə sayəsində artıq finaldakı rəqibini gözləyir.

AÇ-2024
Yarımfinal

10 iyul

23:00. Niderland – İngiltərə
Baş hakim: Feliks Svayer (Almaniya).
Dortmund. “Siqnal İduna Park” stadionu.

Shares: