Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun sabiq baş məşqçisi Faustino Peres vətəni İspaniyaya qayıdıb.
Futbolinfo.az xəbər verir ki, 55 yaşlı mütəxəssis “Barselona”nın futzal komandasının baş məşqçisi təyin olunub.
O, bu postda Xesus Velaskonu əvəzləyib. Çinin “Şanxay Quanqi Pioner” klubundan ayrılan Peres İspaniya nəhəngi ilə 2 illik müqavilə imzalayıb. Kataloniyalılar rəsmi sayt vasitəsilə bu təyinatı açıqlayıb.
Qeyd edək ki, Faustino Peres 2014-cü ilin oktyabrından 2016-cı ilin aprelinə qədər həm də Azərbaycan millisini çalışdırıb. Yığmamız onun rəhbərliyi altında 2016-cı ildə Avropa çempionatının 1/4 final mərhələsinə qədər irəliləyib.