Göyçay Olimpiya İdman Kompleksində Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan uşu idman növü üzrə klublararası turnir keçirilib.

Ümumilikdə 150-dək idmançının iştirak etdiyi yarışın əsas məqsədi uşu idman növünün inkişafı, perspektivli idmançıların aşkar edilib ölkə yarışlarına hazırlanmasından ibarətdir.

Yarışda ümumi komanda hesabında Göyçay klubu 1-ci yerə layiq görüldü. Qaliblər təşkilatçılar tərəfindən təsis edilən diplom və medallarla təltif olunub.

BƏHRUZ MUSAYEV, GÖYÇAY

Shares: