İspaniya millisinin baş məşqçisi Luis de la Fuenta Avro-2024-də finala yüksəldikləri oyunu şərh edib.

Mütəxəssis Fransanı 2:1 hesabıyla məğlub etdikləri yarımfinal matçından sonra bunları deyib: “Xoşbəxtik. Yarımfinala yüksələndə sevinmişdik, indi daha sevincliyik. Bəzi futbolçularımın inanılmaz performansı ilə qürur duyuram. Rəqiblərin gücü bəllidir, amma əla uğurlar qazandıq. İndi tarix yazmağa davam etmək istəyirik. Berlindəki finalda mübarizə aparmaq üçün motivasiyalıyıq”.

Təcrübəli məşqçi möhtəşəm qələbə qazandıqlarını deyir: “Futbolçularıma əla oyuna görə dərin təşəkkürümü bildirirən. Bir-birindən dahi 26 futbolçuya rəhbərlik etdiyim üçün çox şanslıyam. İspaniya millisi gənc futbolçuları çoxluq təşkil edən və gələcəyi olan milli komandadır. Finala daha ciddi hazırlaşmalıyıq. Həlledici oyun daha fərqli olacaq”.

Pireneylilərin finaldakı rəqibinin adına bu gün, saat 23:00-da start götürəcək Niderland – İngiltərə matçında aydınlıq gələcək.

Shares: