“Sabah”ın yeni transferi Pavol Şafranko klubun saytına açıqlama verib.

Slovakiyalı hücumçu paytaxt təmsilçisinə keçidindən danışıb: “Burada olmaqdan xoşbəxtəm. Mənimçün yeni çağırışdır – yeni liqa, yeni oyunçular. Əsas hədəfim bu komanda ilə uğur qazanmaqdır. Düzünü desəm, mümkün qədər çox qol vuraraq komandama faydalı olmaq istəyirəm. Yeni komandamda mümkün olduğu qədər yüksək yerlərdə olmaq istəyirəm”.

Şafranko futbola gəlişindən və bəyəndiyi oyunçudan söz açıb: “Peşəkar futbolçu olmağımda qardaşımın böyük rolu var. Məşhurlardan güclü xarakteri və çalışqanlığı ilə ən çox bəyəndiyim oyunçu Kriştianou Ronaldodur”.

Forvard fanatlara müraciət edib: “Azarkeşlərimizə demək istərdim ki, stadiona gəlsinlər və dəstək olsunlar. Mən və komanda yoldaşlarım yaxşı nəticələr üçün əlimizdən gələni edəcəyik”.

Shares: