“Kəpəz”dən ayrılan Latir Fal özünə yeni komanda tapıb.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi öncə Gəncə klubunda qalmağa üstünlük versə də, sonradan fikrindən daşınıb.

O, İndoneziyada oynayacaq. Belə ki, seneqallı futbolçu bu ölkənin yüksək liqasında yarışan “PSM Makassar”da forma geyinməyə qərar verib.

Shares: