“Racingnews365” portalının yaydığı xəbərə görə, “Toyota” Amerikanın Formula 1 komandası “Haas”a əməkdaşlıq barədə müraciət edib.

İlkin olaraq, bu əməkdaşlıq, keçən il sona çatan “Alfa Romeo”nun “Sauber” ilə sponsorluq müqaviləsinə bənzəyəcək. Bununla belə, “Racingnews365”nin versiyasına görə, “Toyota”nın məqsədi “Haas” ilə 2026-cı ildə Formula 1-in yeni qaydalarına keçidindən əvvəl daha yaxın tərəfdaşlıqdır.

İnsayderlərin sözlərinə görə, yapon istehsalçısının yaxın gələcəkdə mühərriklər hazırlamaq planları yoxdur. Lakin “Toyota” yeni qaydaların tətbiqindən sonra şassinin hazırlanmasında “Haas” komandası ilə əməkdaşlıq etmək istəyir. Bu planın bir hissəsi kimi “Toyota”nın Almaniyanın Köln şəhərində yerləşən aerodinamik borusundan da istifadə ediləcək.

Xatırladaq ki, “Toyota” 2002-2009-cu illərdə Formula 1-də iştirak edib və komandanın tərkibində Yarno Trulli, Ralf Şumaxer, Timo Qlok, Kamui Kobayaşi kimi sürücülər olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp