İtaliyalı tennisçi Yasmin Paolini “Uimbldon”dan sonra dərc ediləcək reytinqdə ilk beşlikdə debüt edəcək. Bu onun turnirdə yarımfinala yüksəlməsindən sonra dəqiqləşib.

Paolini ¼ finalda dünya reytinqinin 17-cisi, ABŞ-dən olan Emma Navarronu məğlubiyyətə uğradıb. İki setdə Navarro yalnız 3 oyunda qalib gələ bilib – 6:2, 6:1.

Bu il Paolini karyerasında ilk dəfə “Böyük dəbilqə” seriyalı turnirin finalına Parisdə çıxmışdı. Bundan başqa o, fevral ayında Dubaydakı kateqoriyası 1000 olan turnirdə titul qazanmışdı.

Xatırladaq ki, yarımfinalda Paolinin rəqibi xorvatiyalı Donna Vekiç olacaq.

Shares: