“Sumqayıt”ın şimali makedoniyalı futbolçusu Kristian Velinovskinin futbolinfo.az saytına müsahibəsi

– Uzunmüddətli zədədən sonra geri dönmək necə hissdir?

– Uzun zamandan sonra özümü çox xoşbəxt hiss edirəm. Yenidən məşqlərə başladığım üçün sevinirəm. Özümü günü-gündən daha yaxşı hiss edirəm və ümid edirəm ki, bu cür davam edəcək.

– Nə zaman meydana çıxmağa tam hazır olacaqsan?

– Bunu deyə bilmərəm. Amma diqqətimi bütünlüklə məşqlərə yönləndirmişəm. Dəqiq darix demək isə çətindir. Ümid edirəm ki, bu, tezliklə baş verəcək.

– Komandanın təlim-məşq toplanışı necə keçir?

– Hər şey yaxşı gedir. Mən mövsümöncəsi məşqlərə başladım. Komanda ilə birlikdəyəm. Hər şeyin yaxşı olacağına ümidliyəm.

– Avrokuboklarda komandaya kömək edə biləcəksən?

– Dediyim kimi, bunu bilmirəm. Amma görək necə olacaq?

– Konfrans Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaqsınız. Rəqibiniz Macarıstanın “Fehervar” klubudur. Rəqib haqqında düşüncələrin necədir?

– Yaxşı komandadırlar və onlarla bağlı müsbət rəyim var. Amma biz məşqçinin oyun planına sadiq qalsaq, mərhələyə adlaya bilərik. Müsbət nəticə əldə edəcəyimizi düşünürəm.

– Rəqibin oyunlarını izləmisiz?

– Xeyir, onların heç bir matçına təəssüf ki, baxmamışam. Amma Şimali Makedoniyadan olan dostlarım orada oynayır. Dostlarımla danışmışam və bildiriblər ki, bu komanda Macarıstanın ən yaxşılarındandır.

– Səncə, komandan nə qədər irəli gedə biləcək?

– Mən mütləq irəli gedəcəyimizə inanıram. Optimist adamam. Buna görə də pley-off və ya qrup mərhələsinə qədər gedə biləcəyimizi deyəcəm.

FƏRİD

Shares: