Manuel Uqarte “Mançester Yunayted”ə keçə bilər. Uruqvaylı futbolçu üçün PSJ-yə 45 milyon avro təklif olunub.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı müdafiəçi Parisdəki həyatından məmnun deyil. Bu səbəbdən İngiltərə nəhənginin təklifi onun üçün göydəndüşmədir.

Fransa çempionu ilə 2028-ci ilin yayınadək müqaviləsi olan Uqarte PSJ-yə ötən mövsümün startı ərəfəsində gəlib. Parislilər onun üçün Portuqaliya “Sportinq”inə 60 milyon avro ödəmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp