“Zirə”nin futbolçusu Qismət Alıyev UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacaqları “Şerif” matçı ilə bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransına qatılan paytaxt təmsilçisinin kapitanı, sabah vacib görüşə çıxacaqlarını bildirib:

“Komandamız əvvəlki mövsümlərdə avrokubok oyunları keçirib. Çalışacağıq ki, kollektiv olaraq geridə qalan turnirlərdə buraxdığımız səhvləri təkrarlamayaq. Komanda şəklində qarşılaşmaya tam hazırıq. Çalışacağıq ki, ilk görüşdə rəqibi daha yaxından tanıyaq. Belə olan halda cavab matçı daha asan olar”.

“Şerif” – “Zirə” oyunu iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp