Bu gün Konfrans Liqasında 2024/25 mövsümünə start verilib.

Futbolinfo.az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları iki matçla başlayıb.

Günün qarşılaşmaları Bosniya və Herseqovina ilə Latviyada baş tutub. “Velej” öz meydanında “Eskaldes”lə heç-heçəyə razı olub. “Auda” isə 2:0 hesabı ilə qalib gəlib.

Mərhələnin ilk oyunlarına sabah yekun vurulacaq.

1-ci təsnifat mərhələsinin cavab oyunları iyulun 18-də keçiriləcək.

Konfrans Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
10 iyul

“Velej” (Bosniya və Herseqovina) – “Eskaldes” (Andorra) 1:1

“Auda” (Latviya) – “B36 Torshavn” 2:0

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp