“Bizi böyük final gözləyir”. Bunu İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Niderlanda qarşı Avro-2024-ün yarımfinal oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis finala çıxmağın möhtəşəm hiss olduğunu söyləyib: “Çox yaxşı oyun nümayiş etdirdik. Baxmayaraq ki, qarşılaşma çətin keçdi. Bütün heyət matça hazır idi. Rəqib təzyiq etməyə başladığı vaxtda Harri Keyn səhnəyə çıxdı. Olli Uotkins isə sürəti hesabına rəqiblərini arxada qoya bilir. Bundan yaxşı istifadə etdik. Onun adına sevinirəm”.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının yarımfinalında Niderlanda qalib gələn (2:1) İngiltərə millisi finalda İspaniyaya rəqib olub. Həlledici qarşılaşma iyulun 14-ü, saat 23:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp