Bu gün Avropa Liqasında 2024/25 mövsümünə start veriləcək.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Zirə” də ilk sınağına məhz bu gün çıxacaq.

Azərbaycan təmsilçisi Moldovanın “Şerif” komandası ilə üz-üzə gələcək. Bu rəqiblə ilk oyun səfərdə baş tutacaq. Qəsəbə klubu Moldovadan sərfəli nəticə ilə qayıtmağa çalışacaq ki, növbəti mərhələyə vəsiqəni doğma meydanda həll edə bilsin.

Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra “Dalğa Arena”da gerçəkləşəcək.

Avropa Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
11 iyul

21:00. Şerif – Zirə
Hakimlər: Alessandro Dudiç, Paskal Hirzel, Susann Künq, Anojen Kanaqasinqam (İsveçrə).
Tiraspol. “Şerif” İdman Kompleksi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp