Harri Keyn Avropa Çempionatları tarixində pley-off mərhələsinin bombardiri oldu. O, qrup mərhələsindən sonra ən çox qol vuran futbolçudur.

Futbolinfo.az xəbər verir ki, İngiltərə millisinin kapitanı dünən Niderlandla matçda (2:1) tarixi uğura imza atdı. Onun 18-ci dəqiqədə penaltidən vurduğu bərabərlik qolu 6-cı belə uğurudur. İndiyədək kimsə pley-offlarda bu qədər fərqlənməyib.

Keyn dünənədək Antuan Qrizmannla şərik idi. Fransa yığması Avro-2024-də mübarizəni dayandırdığı üçün ən azı Almaniyadakı cari yarışda lider dəyişməyəcək. Harrinin isə finalda göstəricisini yaxşılaşdırmaq imkanı da var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp