Donni van de Bek “Jirona”ya keçir. Uzun sürən danışıqlardan sonra “Mançester Yunayted”, niderlandlı yarımmüdafiəçinin İspaniyaya yollanmasına razılıq verib.

Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasında oynayacaq “Jirona” bu transfer üçün 5,5 milyon avro ödəyəcək. Müqavilədə 10 milyon avroluq bonuslar da nəzərdə tutulub. Yarımmüdafiəçi 2028-ci lin yayınadək müqavilə bağlayacaq.

27 yaşlı futbolçu 2020-ci ildə “Ayaks”dan 39 milyon avroya transfer olunmuşdu. Mançester klubunda möhkəmlənə bilməyən van de Bek müxtəlif vaxtlarda “Everton” və “Ayntraxt”da icarədə olub. Onun “qırmızı şeytanlar”la müqaviləsi gələn yay başa çatacaqdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp