“Milan” Serbiya millisinin üzvünü heyətinə qatmaq istəyir. İtaliya klubu Straxin Pavloviçlə danışıqlara başlayıb.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı mərkəz müdafiəçisi üçün “Zalsburq”a rəsmi təklif göndərilib. Avstriyalılar 25 milyon avro tələb edir, milanlılar isə qarşı tərəfdən güzəşt gözləyir.

“Partizan” yetirməsi az yaşına rəğmən indiyədək 5 klubda çıxış edib. 2020-ci ildə onu serblərdən 10 milyon avroya alan “Monako” futbolçunu bir neçə dəfə icarəyə verib, iki il öncə isə 7 milyona “Zalsburq”a satıb. Pavloviçin Avstriya klubu ilə müqaviləsi 3 ildən sonra başa çatır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp