Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Barış Ekincier Türkiyədə klubunu dəyişib. 25 yaşlı hücumçu I liqa təmsilçisi “Ümraniyəspor”la müqavilə imzalayıb.

Anlaşmanın detalları haqda ətraflı məlumat verilmir.

Qeyd edək ki, Ekincier 2023/2024 mövsümünü “Şanlıurfaspor”da keçirib. O, meydana çıxdığı 29 oyunda 4 qolla yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp