Formula 1 radiosunun şərhçisi Con Hantın 61 yaşlı həyat yoldaşı və iki qızı çərşənbə axşamı Hertfordşirdəki evində ölü tapılıb. Bu barədə “The Sun” xəbər verir. Məlumata görə, Con həmin gün BBC televiziyasında işdə olub.

Polis qətl araşdırmasına və qızlardan birinin keçmiş sevgilisi olduğu güman edilən şübhəli Kayl Kliffordun axtarışına başlayıb. “The Sun” xəbər verir ki, videodakı kadrlarda Kliffordun gecə saatlarında arbaletlə küçə ilə getdiyi və daha sonra üzərinə böyük parça örtərək cinayətin törədildiyi evə aparan xiyabandan çıxdığı görünür.

Hertfordşir polisi Kliffordun hələ də silahlı ola biləcəyini vurğulayaraq, onu görən hər kəsi dərhal hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çağırıb.

Shares: