“Neftçi”nin yeni baş məşqçisi Roman Qriqorçuk keçmiş yetirməsi Vladimir Salyuku yenidən sərəncamında görmək istəyir.

Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin istəyi əsasında Odessa “Çernomorets”inin mərkəz müdafiəçisi ilə danışıq aparılır.

Lakin 22 yaşlı oyunçunu Azərbaycana gətirmək heç də asan olmayacaq. Çünki Ukrayna Premyer Liqasından I Liqaya düşən “Metallist 1925” də onun xidmətində maraqlıdır. Xarkov təmsilçisi Ukraynanın U-21 millisinin üzvü üçün qarşı tərəfə 500 min dollar ödəməyə hazırdır.

Qeyd edək ki, Vladimir Salyukun “Çernomorets”lə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir. Müdafiəçi Roman Qriqorçukun rəhbərliyi altında ümumilikdə 57 oyun keçirib, 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: