“Sabah” daha bir futbolçusu ilə bağlı qərarını verib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Fəxri Məmmədli növbəti mövsümü Premyer Liqanın digər iştirakçısı “Şamaxı”da davam etdirəcək.

19 yaşlı sol cinah oyunçusu elitaya qayıdan bölgə təmsilçisinə birillik icarəyə verilib.

Qeyd edək ki, “Sabah” bir neçə gün əvvəl Rauf Rüstəmlini də “Şamaxı”ya icarəyə verib.

Shares: