Fransanın dünyaca məşhur “L’Équipe” nəşri milli komandada klubdan daha yaxşı çıxış edən futbolçulardan ibarət komanda tərtib edib.

Fransız nəşrinin simvolik komandasına həm aktiv, həm də karyerasını bitirmiş oyunçular daxil edilib.

Qapıçı: Gilyerme Oçoa (Meksika millisi);

Müdafiəçilər: Martin Kaseres (Uruqvay millisi), Domaqoy Vida (Xorvatiya millisi), Rikardo Rodriqes (İsveçrə millisi);

Yarımmüdafiəçilər: Xerdan Şakiri (İsveçrə millisi), Pol Poqba (Fransa millisi), Xorxe Valdivia (Çili millisi), Lukas Podolski (Almaniya millisi), Xames Rodriqes (Kolumbiya millisi);

Hücumçular: Xavyer Hernandes (Meksika millisi), Miroslav Kloze (Almaniya millisi).

Ehtiyat oyunçular: Rais MBoli (qapıçı, Əlcəzair); Pyer Mertesaker (müdafiəçi, Almaniya); Romain Saiss (müdafiəçi, Mərakeş); Klint Dempsi (yarımmüdafiəçi, ABŞ); Salli Muntari (yarımmüdafiəçi, Qana); İvan Perişiç (yarımmüdafiəçi, Xorvatiya); Keisuke Honda (yarımmüdafiəçi, Yaponiya); Qzeqoj Krıxovyak (yarımmüdafiəçi, Polşa); Joel Kempell (hücumçu, Kosta Rika); Tim Kehill (hücumçu, Avstraliya).

Shares: